XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2020 - 13:25

QMİ sədrinin müavini:“Məscidlərin bu gecə açılacağı barədə mənim adımdan deyilənlər yalandır”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bir qrup xanım dindarın onunla görüşdən sonra məscidlərin bu gecə açılacağı ilə bağlı dediyi fikirlərə münasibət bildirib.

QMİ sədrinin müavini deyilən fikirlərin yanlış olduğunu bildirib: “Təxminən 10-15 dindar xanım Qafqaz Müsəlmanları İdarəsinə gəlib. Onlar məscidlərdə Aşura mərasimlərinin keçirilməsi ilə bağlı bəyanat yazmışdılar. Mən onlardan bir-ikisi ilə görüşdüm, onların istəyinin rəhbərliyə çatdırılacağını qeyd etdim. Ancaq onlara bu gecə məscidlər açılacaq sözünü deməmişəm. Məscidlərdə, kütləvi yerlərdə insanların bir yerə yığılması qadağasını Nazirlər Kabineti yanında Operativ Qərargah verib. Bu qadağa məktəblərə də aiddir, uşaqlar dərsə gedə bilmir, insanlar məscidlərdə toplaşa bilmir, toylar, yaslar, hamısı qadağan olunub. Biz özbaşına addım ata bilmirik, mən necə belə bir şey deyə bilərəm? Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəm ayı ilə bağlı müraciəti də yayımlanıb. Mənim adımdan deyilən fikirlər yanlışdır. Mömin insanlardılar, istəkləri var, məscidə getmək istəyirlər, istəklərini də bizə çatdırdılar. Bura dini mərkəzdir və fikirlərini dedilər. Mən onları qəbul etmişəm, dinləmişəm, bəyanatlarını rəhbərliyə çatdırmışam. Amma onlara məsafə saxlamaqla məscidlər açılır sözünü deməmişəm. Məsciddə, sadəcə, din xadimi Azan verirsə, imam məsciddə olursa, onlar, sadəcə, məscidə nəzarət edirlər. Amma insanların məscidə getməsi, mərasimlərə keçirməsi doğru deyil. Mənim adımdan bu cür sözlərin deyilməsi yanlışdır, səhvdir”. (apa)