XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2020 - 14:38

“Ermənistanın siyasi rəhbərliyi Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu utanmazcasına inkar edir” –Tural Gəncəliyev

“Ermənistanın İsraildəki səfiri Armen Smbatyanın son müsahibəsində bir daha bu ölkənin riyakar siyasətinin şahidi olduq. A.Smbatyan müsahibədə özünü Azərbaycan və erməni xalqları arasında təmasların qurulmasının tərəfdarı kimi qələmə verməyə çalışıb”.

Bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.

O bildirib ki, münaqişənin maraqlı tərəflərindən biri kimi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması artıq illərdir ki, işğal altındakı Qarabağ bölgəmizin erməni və azərbaycanlı sakinləri arasındakı dialoqun aparılmasını təklif edir: “Lakin Azərbaycanofobiyanı dövlət siyasəti səviyyəsinə qaldırmış Ermənistanın siyasi rəhbərliyi nəinki buna mane olur, hətta Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə utanmazcasına inkar edir.

Əgər A.Smbatyan həqiqətən də iki xalq arasında dialoq tərəfdarıdırsa, onda qoy Dağlıq Qarabağın azərbaycanlı icmasının təklifini dəstəkləsin. Lakin Azərbaycan ərazilərini işğal edərək, bir milyondan çox soydaşımızı etnik təmizləməyə məruz qoymuş təcavüzkar Ermənistanın səfirinin “Münaqişənin həlli bizdən deyil, ATƏT-in Minsk qrupundan asılıdır” deməsi ölkəsinin məsuliyyətdən yaxa qurtarmağa çalışmasının növbəti təzahürüdür.

Münaqişənin bu günə qədər həll olunmamasının səbəbi Ermənistan qoşunlarının qanunsuz olaraq Azərbaycan ərazilərində mövcudluğudur. Ermənistanın öz ordusunu işğal edilmiş ərazilərimizdən çıxarması ilə iki xalq arasında münasibətlər cox asanlıqla bərpa edilər”.