XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2020 - 15:32

Günün pik saatlarında bu marşrutda avtobus sayı artacaq –DANX

Saray qəsəbəsindəki “Yeni Yol” adlanan əraziyə çəkilən 523 saylı xətdəki avtobusların sayında artım olacaq.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildiriblər. Qeyd olunub ki, 523 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslardan 2-si Saray qəsəbəsindəki “Yeni Yol” adlanan ərazi ətrafındakı sərnişinlərin rahat daşınması üçün hərəkət trayektoriyasını qismən dəyişəcək:

“Nəzərinizə çatdıraq ki, 523 saylı marşrut xətti üzrə avtobuslar əvvəlki qaydada və sxem üzrə işləyəcək. Yeni trayektoriya üzrə isə həmin xəttin 2 avtobusu xidmət göstərəcək. Aşağıda yeni trayektoriya üzrə hərəkət edəcək avtobusların hərəkət cədvəli ilə tanış ola bilərsiniz. Qeyd edək ki, bu gündən etibarən intervalın daha da azaldılması məqsədilə 3-cü avtobusu da pik saatlarda xidmətə təqdim etdik”.