XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

19 Mart 2016 - 16:29

İstanbul terroru ilə bağlı şok detal– Almaniya xəbərdarlıq edibmiş

istanbul terror

Almaniya təhlükəsizlik orqanları İstanbulun mərkəzində – İstiqlaliyyət prospektində bu gün baş verən terror aktı ilə bağlı Türkiyə hökumətini əvvəlcədən xəbərdar edibmiş.

İki gün əvvəl edilən xəbərdarlıqda Almaniya hökuməti martın 18 və 19-da Ankara ilə İstanbuldakı nümayəndəliklərinin qapalı olacağını da bildirib. 

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul valiliyi bu xəbərdarlığa əhəmiyyət verməyib, üstəlik ad çəkmədən Almaniyanı tənqid də edib. 

Valiliyin yaydığı yazılı açıqlamada deyilirdi: «Ölkəmizdə fəaliyyət göstərən bəzi ölkələrin nümayəndəlikləri ictimaiyyətə pis təsir edə biləcək açıqlamalar verirlər».

Valilik həmin açıqlamada xəbərdarlığın qaynağının şübhəli və qeyri-ciddi olduğunu da bəyan etmişdi. 

Türkiyə mətbuatı yazır ki, bugünkü bombalı hücum məhz almanların göstərdiyi yerdə və tarixdə baş verib.