XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 August 2020 - 17:48

İsmayıllıda “ad günü” məclisi təşkil edənlər cərimələnib –DİN

İsmayıllı Rayon Polis Şöbəsinə rayonun Kürdmaşı kəndində yerləşən evlərin birində yığıncaq təşkil edilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib və ev sahibi Vüqar Tağıyevin karantin qaydalarını pozaraq, qızına doğum günü məclisi təşkil etdiyi məlum olub.

Məclisi təşkil edənlər barəsində protokol tərtib edilərək, cərimələniblər.