XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2020 - 20:57

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 3 dəfədən çox azalıb –DSK

Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin etyni dövrü ilə müqayisədə 3,1 dəfə azalaraq 996,5 min nəfər olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə vətəndaşlarının 32,8%-i İrana, 29,2%-i Gürcüstana, 20,3%-i Rusiya Federasiyasına, 10%-i Türkiyəyə, 7,7%-i digər ölkələrə səfər etmişdir. Gedənlərin 69,9%-ni kişilər, 30,1%-ni qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,6 dəfə, Türkiyəyə  gedənlərin sayı 3,4 dəfə, Gürcüstana gedənlərin sayı 3 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 2,7 dəfə azalıb.

2020-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 80,7%-i dəmir yolu və avtomobil, 17,2%-i hava, 2,1%-i isə dəniz nəqliyyatından istifadə etmişdir.

Xatırladaq ki, hesabat dövründə Azərbaycana gələn əcnəbilərin sayı 618,3 min nəfər olub, bu da illik ifadədə 2,9 dəfə azdır.