XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 August 2020 - 17:37

Azərbaycanda 15 minə qədər tibb işçisi koronavirusla mübarizə aparır –Elnur Azadxanov

Hazırda 15 minə qədər tibb işçisi koronavirusla mübarizə aparır.

Trend-in məlumatına görə, bunu Operativ Qərargahın keçirdiyi brifinqdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov deyib.

Onun sözlərinə görə, ümumilikdə 51 xəstəxana koronavirusla mübarizəyə cəlb olunub. Bunlardan 31 hazırda xidmət göstərir. COVİD-li xəstələrin müalicəsində bütün gücü ilə çalışmaqdadır. Bu xəstəxanalar bütün cihazlar və dərmanlara təmin olunub.