Baş prokuror Kamran Əliyev Ankara Baş prokuroru Yüksel Kocamana müraciət edib.
Baş Prokurorluqdan daxil olan məlumatda bildirilir ki, son günlər bir sıra kütləvi informasiya vasitələri və sosial media səhifələrində Türkiyənin Ankara şəhərində yaşayan Nailə Həsənovanın 3 azyaşlı övladları ilə birlikdə 8 il qeyri-rəsmi nikahda yaşadığı Türkiyə vətəndaşı Ercan Kapan tərəfindən işgəncə və zorkılığa məruz qalması, onun və azyaşlı övladlarının həyatının təhlükədə olması, bundan başqa uşaqların biloji anası olduğu halda E.Kapanın rəsmi nikahda olduğu arvadını saxtakarlıq yolu ilə üç uşağının anası olaraq rəsmiləşdirdiyindən övladlarının qəyyumluğunu əldə edə bilməməsi, bununla əlaqədar olaraq onların vəsiqələrini dəyişdirə bilməməsi, bu faktorun təhsil hüquqlarını həyata keçirməyinə və eləcə də tibbi xidmətdən yararlanmalarına mane olması barədə məlumatlar yayılmışdır.