XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2020 - 21:54

Azərbaycan peyvənd istehsal edən bütün ölkələr və təşkilatlarla ikitərəfli danışıqlar aparır –TƏBİB

“Azərbaycan hansısa ölkənin peyvənd istehsal etməsini gözləmir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, Azərbaycan peyvənd istehsal edən bütün ölkələr və təşkilatlarla ikitərəfli danışıqlar aparır: ““Hansısa peyvənd istehsal olunub, onu istifadə edək” demək çox məsuliyyətlidir. Biz beynəlxalq təşkilatlarla danışıqlara qoşulmuşuq. Tamamilə zərərsiz və xeyirli peyvənd almalıyıq. Bunun üçün zaman lazımdır. Hansısa peyvənd ÜST və başqa beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunmadan onun alınmasından danışmaq olmaz”. (apa)