XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

19 Mart 2016 - 16:54

Almaniyadan Türkiyə ilə bağlı 2-ci xəbərdarlıq:«Evlərinizdən və otellərinizdən çıxmayın!»


alman

Almaniya Xarici İşlər Nazirliyi Türkiyədəki vətəndaşlarına «evlərinizdən və otellərinizdən çıxmayın» xəbərdarlığını edib. 

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəbərdarlıq Almaniya XİN-in rəsmi «Twitter» hesabından yayılıb.

Nazirlik həmçinin vətəndaşlarını Almaniya XİN və ölkənin Türkiyədəki nümayəndəliklərinin rəsmi internet səhifələrini mütəmadi izləməyə çağırıb.

Xatırladaq ki, Almaniya iki gün əvvəl də İstanbulda terror olacağı barədə xəbərdarlıq etmiş və Ankaradakı səfirliyini, həmçinin İstanbuldakı Baş Konsulluğunu qapatmışdı.