XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

22 Avqust 2020 - 00:06

İctimai nəqliyyat iki gün işləməyəcək

Azərbaycanda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilir.

22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək.

Qeyd edək ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyəti qadağandır.

Bundan əlavə, Bakı metrosunun fəaliyyəti avqustun 31-dək dayandırılıb.