XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

19 Mart 2016 - 17:57

Kerri Moskvaya 4 günlük gedir- Səfərin vaxtı açıqlandı

kerri-putin

ABŞ dövlət katibi Con Kerrinin Moskvaya səfərinin vaxtı açıqlanıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Kerri Rusiyada 22-25 mart tarixlərində olacaq.

ABŞ Dövlət Departamentinin saytında yer alan məlumatda o da bildirilir ki, Con Kerri prezident Vladimir Putin və bir sıra rəsmi şəxslərlə görüşəcək.

Ziyarətin əsas səbəbi Suriya məsələsini, Rusiyanın öz qoşunlarını bu ölkədən çıxarmasını müzakirə etməkdir.

Bununla yanaşı, Ukraynadakı durum, Minsk sazişinin icra vəziyyəti və Rusiyada həbsdə olan ukraynalı pilot Nadejda Savçenkonun məsələsi də müzakirə olunacaq.