XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

22 Avqust 2020 - 11:57

Ramiz Mehdiyevin kürəkəni hakim qarşısına çıxarıldı- Karantin rejimində övladına toy etdiyi üçün+FOTO

 

Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün məhkəmə qarşısına çıxarılıb.

Məlumata görə, Abşeron Rayon Məhkəməsi karantin qaydalarını pozduğuna görə İ.Əliyev və R.Mustafayev barəsində qərar verəcək/APA.

İşə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılır.

Adıçəkilən şəxslər İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirləndirilirlər.

Bu xətaya görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

***

Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün məhkəmə qarşısına çıxarılacaq.

APA-nın məlumatına görə, məhkəmə karantin qaydalarını pozduğuna görə İ. Əliyev və R. Mustafayev barəsində qərar verəcək.

Qeyd edək ki, keçmiş deputat İlham Əliyevin Operativ Qərargahın və hökumətin qərarına zidd olaraq karantin günlərində övladına toy etməsi ictimaiyyətin kəskin narazılığa səbəb olub. Vətəndaşlar həm mətbuatda, həm də sosial şəbəkələrdə bu addımı kəskin pisləyib, bu əmələ yol verənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar.

Əlavə edək ki, İ. Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.