XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

24 Avqust 2020 - 17:19

Prezident İlham Əliyev Zurabişviliyə məktub göndərdi:"Xəbər bizi olduqca kədərləndirdi"

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Zati-aliləri Salome Zurabişviliyə başsağlığı məktubu göndərib.

Strateq.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Ölkənizin Duşeti bələdiyyəsi ərazisində avtobusun qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.