XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

24 Avqust 2020 - 17:31

Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı –TƏBIB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) avqustun 24-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

Hazırda xəstələrin 181-i reanimasiyadadır. 21 xəstə isə süni tənəffüs cihazına qoşulub.

Ümumilikdə, 1 803 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, son sutkada daha 152 nəfər COVID-19-a yoluxub, 111 nəfər sağalıb, daha 1 nəfər isə vəfat edib.

Bununla da ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 35 426 nəfərə, sağalanların sayı 33 104 nəfərə vəfat edənlərin sayı isə 519 nəfərə çatıb.