XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 August 2020 - 14:03

Rusiyanın müdafiə naziri Bakıya gəldi –Prezidentlə görüş olacaq

Rusiya müdafiə naziri Sergey Şoyqu “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin açılış mərasimində iştirak etmək üçün Azərbaycanda işgüzar səfərdədir.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, rusiyalı nazir Azərbaycanın müdafiə naziri Zakir Həsənov, habelə Prezident İlham Əliyev tərəfindən qəbul olunacaq.

Qeyd edək ki, sayca altıncı dəfədir keçirilən “Dəniz kuboku” müsabiqəsində Azərbaycan dördüncü dəfədir iştirak edir/Report.