XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

25 Avqust 2020 - 15:58

Nazir əvəzi onlara vəzifə verdi –Mədəniyyət Nazirliyində daha iki şöbə müdiri təyinatı oldu

Mədəniyyət Nazirliyinin Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Mədəniyyət Nazirlyindən Strateq.az-a verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İlkin Nəsibovun bu vəzifəyə təyin olunması barədə əmr imzalayıb.

Anar Kərimovun digər əmrinə əsasən, Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Anar Kərimovun müvafiq əmri ilə Muzey işi və mədəni sərvətlərə nəzarət şöbənin müdiri vəzifəsinin səlahiyyətlərinin icrası Nərgiz Abdullayevaya həvalə edilib.