XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

20 Mart 2016 - 08:36

İsrail XİN:“Kamikadzenin hədəfi yəhudilər olub”

 

İsrail: İstiklal saldırısı bize yönelik

“İstanbulda baş verən terror hadisəsi İsrailə qarşı yönəlib”.

Strateq.az xəbər verir ki, bu iddianı İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Emmanuel Naxşon irəli sürüb.

Sözçü “Haaretz” qəzetinə açıqlamasında hücumun 14 nəfərlik israilli turist qəfiləsinə qarşı həyata keçirildiyini bildirib: “Nəticədə 11 turist yaralanıb, 1 israilli isə ölüb”.

Qeyd edək ki, yəhudi diplomat bu açıqlamanı partlayışdan az sonra verdiyindən hadisədə 1 israilli turistin öldüyünü bildirmişdi. Daha sonra isə terror qurbanı israillinin 1 yox, 3 olduğu ortaya çıxıb.

İstanbulun İstiqlal prospektində dünən baş verən terror hadisəsi barədə tədricən ortaya çıxan bu kimi detallar hücumun kim və necə törədilməsiylə bağlı bəzi mülahizə və şübhələri kökündən dəyişdirir.

Əvvəl terrorun PKK tərəfindən törədildiyi güman olunurdusa, indi şübhələr İŞİD üzərində cəmləşib. Hazırda terrorçu kamikadzenin 2015-ci ildən axtarışa verilən Savaş Y. olduğundan şübhə edilir. Savaş Y. bundan əvvəl də bir sıra terror hadisələrinə qarışmış və daha sonra Suriyaya qaçmışdı.

Şübhəlinin Adanada yaşayan atasından qan örnəkləri alınaraq DNT analizi üçün İstanbula gətirildiyi bildirilir. Əgər bu analizlərdə müsbət nəticələr əldə olunarsa, terror hücumunun İŞİD tərəfindən gerçəkləşdirildiyi qətiləşəcək.

Son təsbitlərin təkzib etdiyi digər versiya kamikadzenin hədəfə çatmadan özünü partlatması barədə mülahizələrdir. Əvvəlki mülahizələrə görə, kamikadze daha qələbəlik bir yerdə terror hadisəsini törədəcəkmiş. Sadəcə, qarşıda polislərin dayandığını görüb, təşviş keçirmiş və üzərindəki bombanın düyməsinə basmışdır.

İndisə İsrail XİN-nin sözçüsünün açqılamasından belə məlum olur ki, hədəf heç də daha qələbəlik məkan yox, yəhudi turistlər olub. 14 nəfərlik qəfilə kifayət qədər böyük turist qrupu sayıldığından bombanın tam hədəf nöqtəsində partladıldığı versiyasi daha ağlabatan görünür.

Heydər Oğuz

Strateq.az