XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

25 Avqust 2020 - 18:09

XİN başçısı:“Ermənistan hücumu öncədən planlaşdırıb”

“Atəşlərin miqyası və intensivliyi göstərir ki, erməni tərəfi bu hücumu öncədən planlaşdırıb və aktiv hərbi əməliyyatlar zonasına aid edilməyən ərazidə xeyli sayda silah və döyüş sursatı cəmləyib”.

Bunu TASS-a müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

“Azərbaycanın sərhəd bölgələri və orada yerləşən mülki obyektlərin atəşə tutulmasının intensivliyi mülki əhali arasında təşviş yaratmaq və insanları evlərini tərk etməyə məcbur etmək məqsədi daşıyırdı. Hücum böyük enerji və nəqliyyat infrastrukturu obyektlərinin yerləşdiyi istiqamətlərdə həyata keçirilib. Təbii ki, Ermənistandakı pandemiya ilə kəskinləşən daxili siyasi, sosial və iqtisadi problemlər silahlı hücumun vaxtının seçiminə təsir göstərib”, – nazir vurğulayıb/Report.