XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Mart 2016 - 09:42

“Pilot enişə bir neçə dəqiqə qalmış fikrini dəyişib”- FOTOLAR, VİDEO

Martın 19-na keçən keçən Rostov aeroportuna eniş zamanı qəzaya uğrayan «Boinq 737-800» sərnişin təyyarəsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, fövqəladə hallar üzrə mənbə «İnterfaksa» pilotun enişə bir neçə dəqiqə qalmış fikrini dəyişdiyini bildirib: «Naməlum səbəblərdən o bir dəfə də dövr edərək enmək istəyib, lakin cəhdi alınmayıb. Təyyarə 900 metr hündürlükdən düşüb. Saatda 300 kilometrlə. Ekipaj üzvləri həyəcan siqanlı verməyiblər. Təyyarə dik şəkildə enib və demək olar ki, burnu ilə yerə girib». 

Sinoptiklərin məlumatına görə, həmin anlarda Rostovda çox nadir rastlanan hava şəraiti olub. 

Xatırladaq ki, qəza zamanı təyyarədəki 62 nəfərin hamısı həyatını itirib.