XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Avqust 2020 - 18:26

Vəkillər Kollegiyasında iclas:3 vəkillə bağlı şikayət rədd olunub, birinin fəaliyyəti isə dayandırılıb

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Strateq.az kollegiyaya istinadla xəbər verir ki, iclasda vəkil Janna Bağırova ilə bağlı şikayətlər araşdırılıb. Qərara əsasən, J.Bağırovanın fəaliyyəti dayandırılıb və VK-dan xaric olunması ilə bağlı məhkəməyə müraciət olunub.

Bundan başqa, Baş Prokurorluğun vəkillər – Zibeydə Sadıqova ilə Nemət Kərimlinin vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı təqdimatı rədd edilib.

Həmçinin Rəyasət Heyəti vətəndaşın digər vəkil Bəhruz Bayramovla bağlı şikayətinin rədd edilməsi ilə bağlı qərar çıxarıb.