XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

20 Mart 2016 - 11:00

Bu gün Obamanın Kubayatarixi səfəri başlayır

Bu gün ABŞ prezidenti Barak Obamanın Kubaya tarixi səfəri başlayır.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, iki gün davam edəcək səfər zamanı Obamanın Kuba lideri Raul Kastro, kubalı sahibkarlar, vətəndaş cəmiyyətinin fəalları ilə görüşləri olacaq. O həmçinin yerli telekanalların birində canlı yayımda nitq söyləyəcək. 

Obamanın Fidel Kastro ilə görüşü planlaşdırılmır. ABŞ prezidentinin müşaviri Ben Rodsun sözlərinə görə, bununla bağlı tərəflərin heç birindən təklif olmayıb.

Bu, 1928-ci ildən bu yana Ağ Ev rəhbəri səviyyəsində Kubaya ilk rəsmi səfərdir. Kuba liderləri son illər ərzində Birləşmiş Ştatlara bir neçə dəfə səfər ediblər. Lakin bu səfərlərin məqsədi BMT Baş Assambleyasının sessiyalarında iştirak olub. 

Obamanın xarici siyasətdəki uğurlarından biri də Kuba ilə diplomatik əlaqələri bərpa etməsidir. Artıq hər iki ölkədə qarşılıqlı olaraq səfirliklər açılıb.

Lakin iqtisadi və humanitar sahədəki bütün məhdudiyyətləri aradan qaldırmaq Konqresdən asılıdır ki, qurumda əsas söz sahibi olan respublikaçılar hələ ki buna qarşı çıxır.