XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

27 Avqust 2020 - 11:38

Mehriban Əliyeva:"Hər birinizə tükənməz sevgi və xoşbəxtlik arzulayıram"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva doğum günü münasibətilə onu təbrik edənlərin hər birinə təşəkkür edib.

Strateq.az xəbər verir ki, Mehriban Əliyeva “İnstagram”dakı hesabında belə yazıb:

“Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram!

Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun! Sizin hər birinizə və doğmalarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, tükənməz sevgi və xoşbəxtlik arzulayıram!”.