XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

20 Mart 2016 - 14:30

Ağ Ev:«Türkiyədəki bu terror dalğasına son qoyulmalıdır!»

ABS_

Dünən İstanbulun mərkəzində baş verən, 5 nəfərin ölümünə, 36 nəfərin yaralanmasına səbəb olan terror aktı ilə bağlı ABŞ-dan sərt reaksiya gəlib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə sözçüsü Ned Prays Türkiyədəki bu terror dalğasına son qoyulmalı olduğunu bəyan edib: «Türkiyə növbəti dəfə çirkin hücumla üz-üzə qaldı. Bu terror aktları dayanmalıdır! Baş verənləri ən sərt şəkildə qınayırıq. Düşüncələrimiz və dualarımız ölənlərin ailə və sevdikləriylədir. Yaralıların da tez bir zamanda sağalmasını diləyirik». 

Prays terrora qarşı mübarizədə Türkiyənin yanında olduqlarını və hər cür dəstəyi verməyə davam edəcəklərini bildirib: «Türkiyə hökuməti ilə sıx təmaslar qururuq. Və terrora qarşı mübarizədə NATO-dakı müttəfiqimiz və dost ölkə olan Türkiyəyə hər cür dəstəyi verəcəyik».