XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

20 Mart 2016 - 15:00

ABŞ Dövlət Departamenti:«Ankaraya dəstəyimizi gücləndirəcəyik»

kirbi

İstanbul terroruna ABŞ Dövlət Departamentindən də sərt reaksiya gəlib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, departamentin sözçüsü Con Kirbi İstanbulda baş verən teraktı sərt şəkildə qınadıqlarını bildirib: «Həyatını itirənlərə başsağlığı veririk, yaralananlara şəfa diləyirik. Hadisənin təhqiqatı ilə bağlı Türkiyə hökuməti ilə sıx əməkdaşlıq edirik».

Kirbi ABŞ-ın NATO-dakı müttəfiqi Türkiyə ilə həmrəy olduqlarını və Ankaraya dəstəyi gücləndirəcəklərini qeyd edib: «Son dönəmlər Türkiyədə günahsız insanlara qarşı bəraət verilməyəcək silsilə hücumları təşkil olunur. Bu cür aktlar ABŞ-ın bölgədə barış və uzlaşmanı müdafiə edən kəsimlərə dəstəyini bir az da gücləndirməsi ilə nəticələnəcək».