Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərindən ikisi dəyişdirilib.
Bu barədə parlamentin bu gün keçirilən plenar iclasında qərar qəbul olunub.
Belə ki, parlament “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərarda dəyişiklik edib.
Dəyişikliyə əsasən, Xanlar Fətiyev Azərbaycan-Avstraliya, İmamverdi İsmayılovun isə Azərbaycan-Kolumbiya parlamentlərarası işçi qrupunun rəhbərləri vəzifəsinə təyin olunub
Xatırladaq ki, bu günə qədər Xanlar Fətiyev Azərbaycan-Kolumbiya, İmamverdi İsmayılov isə Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun rəhbəri idi.
azvision.az