XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Avqust 2020 - 15:12

“Mindən artıq ziyalının müraciətinə Milli Məclisdən iki cavab məktubu almışıq” –FADMM sədri

“Mindən artıq ziyalının müraciətinə Milli Məclisdən iki cavab məktubu almışıq”. Bunu “ilkxeber.org”a açıqlamasında “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri Vasif Sadıqlı bildirib.

“Avqust ayında Milli Məclis üzvlərinə Bakının mərkəzi prospekt və küçələrində monitorinq zamanı aşkar olunan ədəbi dil pozuntuları, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tələblərinə əməl edilməməsi barədə 800-ə yaxın ziyalının məktubunu ünvanlamışdıq. Bir sıra millət vəkilləri, o cümlədən deputat Qənirə Paşayeva, Rəfael Hüseynov, Sabir Rüstəmxanlı, Jalə Əliyeva bu müraciəti çox məmnunluqla qarşıladıqları bildirdilər. Onlar dövlət dili haqqında qanuna etinasızlığın aradan qaldırılması üçün əllərindən gələni edəcəklərini bildiridlər”, – deyə V.Sadıqlı qeyd edib.
Onun sözlərinə görə, avqustun 28-də Milli Məclisin deputatı Hicran Hüseynovadan iki cavab məktubu alıb. H.Hüseynova ona ünvanlanan müraciəti Bakı Şəhəri Dövlət Reklam Agentliyinin sədri Aydın İbadova və Azərbaycan Respublikası Milli Məclsinin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevə göndərib.
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi İdarə Heyətinin sədri Aydın İbadov bu yaxınlarda yazdığı cavab məktubunda “karantin rejimi başa çatdıqdan sonra müvafiq sahədə monitorinqlərin aparılması və nəzarət mexanizmlərinin gücləndirilməsi davam etdiriləcəyini” bildirmişdi.
“İnanmaq istərdik ki, Milli Məclisin deputatı Hicran Hüseynovanın deputat sorğusu dövlət dili haqqında qanuna nəzarətin gücləndirilməsinə təkan verəcək”, – deyə FADMM sədri qeyd edib.