XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 August 2020 - 16:05

Baş Prokurorluq:Kliniki Tibbi Mərkəzin sabiq rəhbəri barəsində cinayət işi başlanmayıb

Baş Prokurorluq 1 saylı Kliniki Tibbi Mərkəzin sabiq rəhbəri Ədalət Dadaşovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparırılması və onun barəsində cinayət işinin başlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Baş Prokurorluqdan bildirilib ki, qeyd olunanlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə heç bir material daxil olmayıb.

O cümlədən bu məsələ ilə bağlı hər hansı bir istintaq aparılmır.