XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

28 Avqust 2020 - 19:23

Əmək və sosial müdafiə üzrə e-xidmətlərin sayı gələn il 100-ə çatacaq –Sahil Babayev

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə hazırda 26-sı proaktiv olan 53 e-xidmət var ki, aparılan sürətli işlər nəticəsində bu göstərici gələn il 100-ə çatdırılacaq. Bu da qurumun 132 xidmətindən artıq 76%-ə qədərinin elektronlaşması deməkdir”. 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, 26 proaktiv xidmət vasitəsilə bu il 65 min şəxsə e-qaydada pensiya, müavinət, təqaüd təyin edilib: “Həmçinin cari il 145 min sığortaolunan e-qaydada qeydiyyata alınıb. Beləliklə, Nazirlik tərəfindən bu il 210 min şəxsə proaktiv xidmətlər göstərilib. 22 e-xidmət hazırlanır, ilin sonuna kimi 7-si işə salınacaq, 25 proaktiv xidmətin də üzərində iş gedir. Yaradılan e-sistemlər həmçinin şəffaflığın tam təminatına nail olmağa imkan verib”.

S.Babayev sosial xidmətlər sahəsi üzrə də geniş elektron infrastrukturun – Sosial Xidmətlər üzrə Vahid İnformasiya sisteminin, xidməti kontingentə aid kateqoriyalar üzrə reyestrlərin, “Reabilitasiya” altsisteminin, ona uyğun veb-əsaslı növbəlilik sisteminin, Reabilitasiya Mərkəzləşdirilmiş Məlumat Sisteminin yaradılması işlərinin davam etdiyini bildirib: “Təkcə bu ay müasir tələblərə uyğun 3 reabilitasiya müəssisəsi açılıb. İlin sonunadək Bakı və bölgələrdə daha 5 belə müəssisə, o cümlədən Şəmkir və Qəbələdə uşaq reabilitasiya mərkəzləri istifadəyə veriləcək. Eyni zamanda əsas vəzifələrdən biri – bu müəssisələrdə əlilliyi olan şəxslərə onların məmnun qala biləcəyi səmərəli, müasir tələblərə uyğun  keyfiyyətli xidmətlər göstərilməsidir. Ona görə də reabilitasiya müəssisələrinin  kadr potensialı bu prinsip əsasında formalaşmalıdır”.

Nazir əmək müqavilələrinin sayında artım dinamikasının davam etdiyini, cari ilin 7 ayında bu sayda 120 min, habelə əməkhaqqı fondunda önəmli artımın olduğunu deyib.