XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

28 Avqust 2020 - 18:59

Sumqayıtda avtobuslarda maska taxmayanlar cərimələndi –DİN

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki ictimai-iaşə obyektləri, marketlər, apteklər və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, polis əməkdaşları obyektlərdə sosial məsafənin gözlənilməsi, o cümlədən satıcı və alıcıların maskalardan istifadə edib etməməsini yoxlanılıb.

Həmçinin polislər tərfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karamtin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.

Qapalı məkanlarda tənəffüs yollarını qoruyan vasitələr, yəni maskalardan istifadə etməyənlər cərimələnib. Açıq havada fəaliyyət göstərən iaşə obyektlərində ümumi karantin qaydalarının pozulmadığı aşkar edilib. Həmçinin polislər tərfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karamtin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb. Sumqayıt sakinləri keçirilən tədbirlərdən razı qaldıqlarını bildiriblər.

Reyd zamanı avtobuslarda maskadan istifadə etməyən sərnişinlər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən edilərək cərimələniblər.

Belə hallara yol verən avtobus sürücüləri barəsində də ciddi tədbirlər görülərək onlara xəbardarlıq edilib.

Qeyd edək ki, Sumqayıt şəhərində xüsusi karantin rejimi müddətində polis əməkdaşları tərəfindən nəzarət profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.