XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 August 2020 - 19:47

Məktəblərdə maksimal şagird sayı normaları müəyyənləşəcək –Təhsil Nazirliyi

Məktəblər üzrə şagird sıxlığı və epidemioloji vəziyyət nəzərə alınmaqla sinifdə maksimal şagird sayı normaları müəyyən ediləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, məktəblərdə sosial məsafənin gözlənilməsi, gigiyena vasitələrindən istifadə (maskalar, müəllimlər tərəfindən üz sipərlərindən istifadə, hərarətin ölçülməsi, qızdırması olan şagirdlərin dərsə buraxılmaması) ilə bağlı təlimatlar müəyyən ediləcək.

Kütləvi toplaşma məkanlarının (bufetlər, soyunub-geyinmə otaqları və s.) fəaliyyəti üzrə təlimatlar hazırlanacaq.

Hər üç məsələ barədə ictimaiyyət öncədən məlumatlandırılacaq.