XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 August 2020 - 22:59

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı –TƏBİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 28-nə olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 014 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 904 506 test aparılıb. Aktiv xəstə sayı 1 998 nəfərdir, onlardan 141 nəfər reanimasiyadadır, 16 nəfər isə süni tənəffüs aparatına qoşulub.