XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 August 2020 - 10:41

Fərdi tədris və repetitor xidmətləri fəaliyyət göstərəcək- Operativ Qərargah

Fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə icazə veriləcək.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.

Qeyd edilib ki, avqustun 31-dən etibarən xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir.