XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

31 Avqust 2020 - 11:58

Bəzi pandemiya xəstəxanaları yenidən əvvəlki qaydada fəaliyyət göstərəcək –TƏBİB

Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir.

Görülən əksepidemik tədbirlərin səmərəliliyi nəticəsində, pandemiya xəstəxanalarında olan xəstələrin sayı kifayət qədər azalıb. Bu səbəbdən, TƏBİB bəzi pandemiya xəstəxanalarının yenidən əvvəlki qaydada fəaliyyət göstərməsi ilə bağlı qərar verib.

Belə ki, xüsusi rejimli xəstəxanalara ehtiyat kimi ayrılan Saatlı, Salyan, Neftçala, Qusar və Xızı Rayon Mərkəzi Xəstəxanaları, eləcə də xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərən 17 saylı Birləşmiş Şəhər Xəstəxanası və Sumqayıt şəhər Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası yenidən qeyri-COVID xəstəxanalar kimi xidmət göstərəcək.