XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 August 2020 - 13:43

Mərkəzi Gömrük Hospitalı fəaliyyətini bərpa edir –Sabahdan

Mərkəzi Gömrük Hospitalı sentyabrın 1-dən fəaliyyətini bərpa edərək gömrükçülərə və əhaliyə tibbi xidmət göstərməyə başlayır.

Hospitaldan bildirilib ki, əhalinin sağlamlığının keşiyində duran Mərkəzi Gömrük Hospitalında tətbiq olunan yüksək tibbi texnologiyalar insan həyatını xilas etməyə və sağlamlığını qorumağa tam şəkildə imkan verir.

“Dünya şöhrətli istehsalçıların müasir tibbi avadanlıqları ilə təmin olunmuş Hospitalda Azərbaycanın yüksəkixtisaslı mütəxəssisləri, ən tanınmış həkimləri çalışır. Hospitalın laboratoriya, təcili yardım və stasionar şöbələri 7/24 saat fəaliyyət göstərir”, – məlumatda qeyd olunub.