XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

31 Avqust 2020 - 17:24

Abşeron sakininin döyülməsi faktı ilə bağlı araşdırma aparılır –DİN

Avqustun 30-da saat 22.23-də Abşeron rayonunun Məmmədli kəndində yaşayan R.Hüseynzadə Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə müraciət edərək evinin yaxınlığında bir nəfərin onu döyərək bədən xəsarətləri yetirməsi barədə məlumat vermişdir.

Bundan sonra o, “Youtube” kanalında canlı yayım açaraq sifətində qan izləri olduğunu nümayiş etdirərək intihar edəcəyini bildirmişdir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının ”isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hüseynzadəni yumruqla vuraraq xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi, yeniyetmə V.Abdullayev müəyyən edilərək Mehdiabad Polis Bölməsinə dəvət edilmişdir.

Araşdırmalarla müəyyən edilmişdir ki, yeniyetmə R.Hüseynzadənin yaşadığı evin qarşısında ünvansız nalayiq ifadələr işlətdiyinə görə R.Hüseynzadə ona irad bildirmiş, bu zaman aralarında yaranmış mübahisə zamanı R.Hüseynzadə onu əli vurmuş, yeniyetmə isə cavabında yumruqla onun burun nahiyəsindən zərbə endirmişdir.

Vətəndaş R.Hüseynzadəyə bədən xəsarəti yetirilməsi faktı üzrə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılır.