XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2020 - 14:14

Rusiya XİN:"Alman həkimlər Navalnının durumu ilə bağlı heç bir məlumat vermir"

Blogger Aleksey Navalnının xəstəxanaya yerləşdirilməsi ilə bağlı Rusiyada istintaq aparılmaması barədə Qərb dövlətlərinin ittihamları həqiqətə uyğun deyil.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin tələbə və müəllim heyəti önündə çıxışında bildirib.

“Hadisəni araşdırmamaqda ittiham edilirik. Bu, doğru deyil. Bütün bunların başladığı gündən etibarən Daxili İşlər Nazirliyimiz istintaq öncəsi araşdırmalara başladı, nə baş verdiyi tam müəyyənləşdikdən sonra istintaqa start veriləcək”, – deyə Sergey Lavrov deyib.

Lavrov əlavə edib ki, bunun üçün Omskdakı həkimlərin rəylərini gözləyirlər: “Unutmayın, o, Omskda bir gündən bir az çox yatdı, Qərb ölkələrindən olan həmkarlarımız bu barədə məlumat olmaması ilə bağlı hay-küy qaldırdılar. Nəhayət, artıq bir həftədir, o, Almaniyadadır. Alman həkimlər də heç bir məlumat vermir. Bu o deməkdir ki, əlavə vaxt tələb olunur, amma nədənsə heç kim onlara qarşı heç bir tələb irəli sürmür, həqiqəti gizlətməyə çalışdıqlarına görə onları qınamır”.

Rusiya XİN başçısı həmçinin ölkəsinin Baş Prokurorluğunun Navalnının xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Almaniyaya hüquqi yardım üçün müraciət göndərdiyini xatırladıb/APA.