XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2020 - 22:52

Nazir müavini:"Dərslərin növbəlilik prinsipi əsasında təşkili nəzərdə tutulur"

Pandemiya ilə əlaqədar uşaqların təhlükəsizliyi nəzərə alınaraq dərslərin növbəlilik prinsipi əsasında təşkili nəzərdə tutulur.

Bunu Təhsil nazirinin müavini Firudin Qurbanov “Müasir təhsil, texnologiya və keyfiyyət. Uşaqlar müzakirəyə qoşulur” adlı onlayn konfransda deyib.

Nazir müavini pandemiya ilə bağlı mövcud vəziyyətə uyğun yeni və səmərəli metodların işlənib hazırlandığını bildirib.

Təhsil sahəsinin pandemiya şəraitində bir sıra çağırışlarla qarşılaşdığını vurğulayan F.Qurbanov informasiya və kommunikasiya məsələlərinin hazırkı dövrdə öz aktuallığını daha da artdığını diqqətə çatdırıb.

O, uşaqlara daim öz üzərində işləmək, çalışqan olmaq kimi tövsiyələr verərək, dövlətə, valideynə hörmətin, vətənə sevginin uşaqlar qarşısında bir vəzifə olaraq qoyulmasının əhəmiyyətini vurğulayıb/Trend.