XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2020 - 12:22

Türkiyə vətəndaşı Baş Prokurorluğa müraciət etdi –Cinayət işi başlanıldı

Avqustun 31-də “fatih_turan_1977” adlı istifadəçinin Baş Prokurorluğun “prokurorluq” adlı instaqram sosial şəbəkəsinə müraciəti Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən vətəndaşın müraciətinin operativ həlli və müraciətə baxılması zamanı çevikliyin təmin olunması məqsədilə dərhal Baş Prokurorluğun rəhbərliyinə, o cümlədən əlaqədar idarələrə təqdim olunub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, müraciət nəzarətə götürülməklə araşdırma aparılması barədə verilən göstəriş əsasında paytaxtın Xətai rayonu ərazisində yaşayan Türkiyə vətəndaşı Turan Fatih Hüseyn oğlu Abşeron Rayon Prokurorluğuna dəvət edilərək dinlənilib, F.Turan Vüsal və Sürxan adlı şəxslərin onun 15 min manat pulunu dələduzluq yolu ilə ələ keçirmələri ilə bağlı Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə müraciəti əsasında aparılan araşdırmanın nəticəsindən narazı olduğunu, dələduzluq faktına görə obyektiv araşdırma aparılmaqla ona dəymiş ziyanın ödənilməsində kömək göstərilməsini xahiş edib.

Toplanan materiallar rayon prokurorluğu tərəfindən tələb edilərək öyrənilib, material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar ləğv olunmaqla fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaqın aparılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri aparılır, qanun pozuntularına yol verən və cinayətin törədilməsində bu və ya digər formada iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.