XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 September 2020 - 20:01

Təhsil nazirinə yeni müşavir təyin olunub –Emin Əmrullayevdən daha bir dəyişiklik

Təhsil nazirinə yeni müşavir təyinatı olub.

Məlumata görə, nazir Emin Əmrullayevin əmri ilə bu vəzifəyə  Kənan Kərimzadə gətirilib.

Qeyd edək ki, K.Kərimzadə 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsi (fərqlənmə) əldə edib. O, 2017-2019-cu illərdə ABŞ-ın nüfuzlu CFA İnstitutunda investisiyaların idarəedilməsi sahəsində təhsil alıb və xartiyalı maliyyə təhlilçisi (CFA Charterholder) beynəlxalq akkreditasiyasına sahibdir.

2013-2016-cı illərdə “Capital Motors” MMC-də Maliyyə analizi üzrə mütəxəssis, 2016-2018-ci illərdə “PMD Group” MMC-də İnvestisiyalar üzrə baş mütəxəssis, rəhbər və departament menecerinin müavini, 2019-cu ildən isə “P.M.D” MMC-də Strateji planlaşdırma və Təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb/Report.