XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2020 - 23:45

Nazir:"Türkiyə iki koronavirus vaksinini sınaqdan keçirir"

Türkiyə hakimiyyəti yaxın vaxtlarda Rusiyada istehsal edilmiş koronavirus əleyhinə vaksininin sınaqlarına icazə verə bilər.

Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

“Biz Rusiyada hazırlanan vaksinin sınaqları ilə bağlı sorğunu aldıq. Düşünürəm ki, yaxın vaxtlarda buna icazə veriləcək. Bundan başqa, hazırda ölkədə iki yerli vaksininin sınaqları keçirilir”, – Koca jurnalistlərə deyib.

O əlavə edib ki, belə sınaqlar Türkiyədə yalnız könüllülər üzərində keçirilir/Report.