XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2020 - 16:07

Binəli Yıldırım və xanımı koronavirusa yoluxub:"Həkimlər evdə müalicə almağımızı məsləhət görür"

Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım və xanımı koronavirusa yoluxub.

Strateq.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə onun özü sosial şəbəkədə açıqlama verib.

Bildirib ki, səhhətlərində yaranmış narahatlıqla əlaqədar bu gün səhər Semiha xanımla birlikdə Ankara şəhər xəstəxanasında test veriblər: “COVİD-19 testimiz müsbət çıxdı. Səhəttimizdə elə bil problem yoxdur. Həkimlərimiz evdə müalicə almağımızı məsləhət gördü. Vətəndaşlarımızdan qaydalara riayət etmələrini xahiş edirik”.