XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2020 - 18:37

Azərbaycanın xeyrinə bəyanat verən 23 yaşlı gürcü proqramçının sirli ölümü… –Anası rəsmi Bakı və Ankaradan kömək istədi

Gürcüstanda ötən ay avtomobildə meyiti tapılan 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvili vəkili Mixeil Ramişvili ilə birgə Tbilisi Şəhər Məhkəməsinə çağırılıb.​​​​​​​

Strateq.az “Report”a istinadla xəbər verir ki, qadın bu yaxınlarda Qarabağ müharibəsi üçün silah tədarükü ilə bağlı səsləndirdiyi bəyanatla bağlı dindirilir.

M.Ramişvilinin sözlərinə görə, müdafiə etdiyi şəxs istintaq orqanlarının bütün suallarına cavab verəcək.

T.Tamazaşvili Baş Prokurorluqda deyil, məhkəmədə hakimin iştirakı ilə sorğu-sual olunmaq istəyib.

Qeyd edək ki, Kvemo Poniçala sakini olan T.Baçaliaşvilinin meyiti ona məxsus “Hyundai” markalı avtomobildə iyulun 23-də Tetritskaro meşəsində aşkarrlanıb. Qızın ailə üzvlərinin avqustun 30-da Baş Prokurorluğun binası qarşısında keçirdikləri aksiyada “Üç yüksək vəzifəli məmur Qarabağ müharibəsi üçün Azərbaycana qarşı silahla təminat həyata keçirib” sözlərinin yazıldığı plakat tutublar.

T.Tamazavili mənbəyə istinadla bildirib ki, qızı bir neçə faylı təsadüfən açıb və silahla təminat sxemini deşifrə edib. Ana Azərbaycan və Türkiyə hökumətlərini qızının ölüm faktı ilə maraqlanmağa çağırıb.