XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 September 2020 - 20:29

ABŞ İrana qarşı sanksiya siyahısını genişləndirdi –Şirkətlər və 3 vəzifəli şəxs "qara siyahı"ya alındı

ABŞ hökumətinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İranın “Triliance Petrochemical Co. Ltd” şirkətinə dəstək verdikləri üçün 6 şirkəti sanksiya siyahısına salıb.

Bildirilib ki, İranın neft-kimya məhsullarını ixrac etməklə bu ölkəyə gəlir təmin etdiyinə görə bu ilin yanvar ayından məhdudlaşdırıcı tədbirlər tətbiq edilmiş “Triliance Petrochemical Co. Ltd”ni dəstəkləyən həmin şirkətlər İran, Birləşmiş Ərəb Əmirlikləri və Çində yerləşir.

Bundan əlavə, İrandan neft və neft məhsulları alış-verişində iştirak etdiklərinə görə 5 şirkətə, habelə sanksiya tətbiq olunmuş şirkətlərin üç yüksək vəzifəli şəxsinə də sanksiya tətbiq edilib.