XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

20 May 2015 - 20:56

Ermənistan Müdafiə Nazirliyi təşvişdə: “Azərbaycan hərbi əməliyyatlara hazırlaşır”

Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan Tert.am xəbər saytına müsahibəsində deyib ki, Azərbaycan hərbi əməliyyatlara hazırlaşır.

Ermənistan ictimaiyyəti tərəfindən sensasiyalı müsahibə kimi qiymətləndirilən söhbətində Tonoyan deyib ki, Azərbaycanın Dağlıq Qarabağdakı təmas xəttində snayperləri hücum komandosu ilə əvəz etməsi və ərazidə kəşfiyyat işini gücləndirməsi onun hərbi əməliyyatlara hazırlaşmasından xəbər verir. Nazir müavini deyib ki, böyük bir ehtimalla, Azərbaycan Avropa Oyunlarından sonra təmas xəttində təxribatları artıracaq.

Azərbaycan Müdafiə Nazirliyindən bu barədə şərh almaq mümkün olmayıb.

Hərbi eskpert üzeyir Cəfərov snayperlərin kommandoslarla əvəzlənməsi barədə məlumatın müharibəyə hazırlıq kimi dəyərləndirilməsilə razılaşmayıb. “BBC Azərbaycanca”ya danışan ekspertin sözlərinə görə, kommandoslar xüsusi əməliyyatlar üçün istifadə olunur və bu addımın müharibəyə başlamaq niyyətinə aiddiyatı yoxdur.

Tonoyanın fikrincə, Azərbaycanın genişmiqyaslı əməliyyata başlayacağı və ya kiçik toqquşmaları tədricən genişləndirəcəyi hələlik aydın deyil.

David Tonoyan həmçinin Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın intensivləşməsindən narahatlıq duyduğunu dilə gətirib. O deyib ki, Azərbaycan başqa ölkələrlə də birgə təlimlərə qoşulur, lakin Yerevanı narahat edən Bakının Ankara ilə hərbi əməkdaşlığıdır.

Ermənistan müdafiə nazirinin birinci müavini deyib ki, Ermənistanın özünün hərbi siyasətində müttəfiqlərinin, məsələn, Rusiyanın da təhlükəsizliyinin təmin olunmasına diqqət yetirir.

bbc.com