XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

21 Mart 2016 - 13:56

Putin Obamanın sözünü saya salmadı- Məhkəmə Savçenkonu təqsirli bildi

obama-putin

Donetsk şəhər məhkəməsi ukraynalı pilot Nadejda Savçenokonu ona qarşı irəli sürülən ittihamlar üzrə təqsirli bilib.

Strateq.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Savçenkoyla bağlı hökmün cəza hissəsi sabah elan olunacaq.

Bugünkü prosesdə isə hakim bildirib ki, Savçenko Luqanskda iki rusiyalı jurnalistin – İqor Kornelyuk və Anton Voloşinin, eləcə də bir neçə dinc sakinin ölümündə təqsirli bilinir. Məhkəmə həmçinin hesab edib ki, ukraynalı pilot rusdillilərə qarşı nifrəti ilə tanınır. 

Qeyd edək ki, prokuror N.Savçenkoya 23 il iş istəyib. Hökmün bu gün elan olunan hissəsindən məlum olur ki, ukraynalı pilota uzunmüddətli həbs cəzası veriləcək.

Bu həm də o deməkdir ki, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Barak Obamanın bir neçə gün əvvəl ona Savçenkonu azad etməklə bağlı çağırışını nəzərə almayıb.  

Maraqlıdır ki, hökmün elan olnuması ABŞ dövlət katibi Con Kerrinin Rusiyaya dördgünlük səfərinin başladığı günə təsadüf edir. Kerrinin səfər zamanı Savçenkonun da məsələsini qaldıracağı bildirilirdi.