XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 September 2020 - 16:27

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadəyə görə istifadə haqları azaldılıb –Fərman

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadəyə görə istifadə haqları azaldılıb.

Bununla əlaqədar Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”ndə dəyişikliklər edilib.

Beləliklə, yüklülük bildirişinin reyestrə daxil edilməsi üçün haqq 10 manatdan 2 manata, yüklülüyə dəyişiklik bildirişinin reyestrə daxil edilməsi və axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsi üçün haqlar 6 manatdan 1 manata endirilib.