XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

21 Mart 2016 - 16:30

Putin nüfuzunu itirir- Kreml rəhbərinin reytinqi aşağı düşüb

 

Rus halkının Putin'e güveni azaldı

Putinin nüfuzu get-gedə aşağı düşür. Son bir ildə Rusiya prezidentinin reytinqi 10 faiz geriləyib.

Strateq.az xəbər verir ki, Rusiyanın ictimai rəy araşdırma mərkəzi "Levada"nın RBC agentliyiylə birgə keçirdiyi sorğunun nəticələri bunu göstərir.

Qurumların yaydığı birgə hesabata görə, rus xalqının Vladimir Putinə inamı ötən il 83% idisə, bu il həmin göstərici 73%-dir.

Sorğuda iştirak edənlərin 21%-i Putinə "tamamilə güvəndiyini", 52%-i sadəcə "güvəndiyi" və 14%-i isə "güvənmədiyi" deyib. Eyni araşdırmaya görə, Rusiyada Putinə rəğbət bəsləyənlər sayı da 37%-dən 30%-ə düşüb.

Sorğunu həyata keçirən şirkətin yetkilisi Aleksey Qrajdankin əllərindəki məlumatlara istinadən bildirib ki, Putinin nüfuzu Krımın ilhaqından əvvəlki səviyyəyə qayıdıb.