XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2020 - 16:27

RAMİZ MEHDİYEVİN KÜRƏKƏNİNİN DANDIĞI SƏS YAZISI YAYILDI:"Mənim kefim yaxşıdır, elə edin ki, kefimiz yaxşı qalsın" - AUDİO

Karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən və bu səbəbdən 15 sutka müddətinə inzibati qaydada həbs olunan sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev bu gün azadlığa çıxıb.

Azadlığa çıxan sabiq deputat məlum toydan sonra onun şəklini qoyaraq “mənim kefim kökdür” başlığı ilə yazı verən saytın rəhbərliyini hədələyib.

“Mən o sayta xəbərdarlıq edirəm, əgər iki gün ərzində mənim  o dediklərimin audio yazısını verməsə, onları tapıb cəzalandıracam. Çünki deyilməyən sözə görə insan cəmiyyət qarşısında alçatmaq, nüfuzdan salmaq şərəfsizlikdir. Şərəıfsiz isə cəzalandırılmalıdır” -deyə, Ramiz Mehdiyevin kürəkəni hədə-qorxu gəlib.

Məlum olduğu kimi, Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev karantin qaydalarını pozaraq, qızına toy etməsi barədə yayılan xəbərlərdən sonra ilk dəfə Demokrat.az-a danışmışdı.

Sabiq deputat hələ o zaman hər şeyin yaxşı olduğunu söyləmişdi: “Mənim kefim yaxşıdır, elə edin ki, kefimiz yaxşı qalsın. Bu barədə heçdə danışmayaq, başını buraxın getsin. Hər şey qaydasındadır. Heç kimə cavab vermək istəmirik. Sağ olun!”.

Bu gün isə o, həmin açıqlamasını danmağa başlayıb:
Strateq.az Demokrat.az-a istinadla sabiq deputat İlham Əliyevin sözügedən açıqlamasının səsyazısını təqdim edir: