XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2020 - 23:53

Tramp:"İlin sonunadək koronavirus peyvəndini hazırlayın"

ABŞ prezidenti Donald Tramp Səhiyyə Nazirliyindən koronavirus peyvəndini hazırlamasını tələb edib.

Bu barədə Ağ Evdəki mənbələrə istinadən “The Washington Post” qəzeti yazıb.

Mənbələr bildirib ki, Tramp müşavirələrdə vaksinə böyük diqqət ayırır. O, peyvəndi ilin sonuna kimi hazırlamağı tələb edib.

Güman edilir ki, dövlət başçısı öz reytinqini yüksəltmək üçün noyabrın 3-də planlaşdırılmış prezident seçkilərinə qədər vaksini təqdim etmək istəyir.

ABŞ koronavirusun yayılmasına görə dünyada birinci yerdədir. Ölkədə təhlükəli infeksiyaya 6,4 milyon insan yoluxub, 3,7 milyon nəfər sağalıb, demək olar, 193 min pasiyent ölüb/Report.